Musiqili Teatr "Fransızsayağı qarnir" vəd edir
21 yanvar 2020 11:06 (UTC +04:00)

Musiqili Teatr "Fransızsayağı qarnir" vəd edir

Yanvarın 31-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli yazıçı-dramaturq Mark Kamolettinin “Fransızsayağı qarnir” ikihissəli musiqili lirik komediyası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Lent.az-a bildirilib ki, tamaşada ağlasığmaz sevgi oyunlarından bəhs olunur. Tamaşa boyu gözlənilməz situasiyalar, biri digərinə ipucu verən olaylar, sirli, maraqlı hadisələr sürətlə bir-birini əvəz edir.

Teatrın rus bölməsinin aktyorları tərəfindən hazırlanan bu komediyanın ilk nümayişi 2011-ci ilin oktyabrın 1-də izlənilib və o vaxtdan indiyə qədər tamaşaçılar tərəfindən hər zaman böyük maraq və sevgi ilə qarşılanır.

Qeyd edək ki, “Fransızsayağı qarnir” ikihissəli musiqili lirik komediyasının quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Əməkdar artist Boris Qrafkin, quruluşçu-rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir.

Tamaşada rolları Əməkdar artist Svetlana Bulax, aktyorlar – Emil Heydərov, Rauf Babayev, Firuz Məmmədov, Yuliya Heydərova Eleonora Mustafayeva və Valeriya İsgəndərova ifa edəcəklər.

Biletləri şəhərimizin bütün kino-teatr kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2153

Oxşar yazılar

Hər kəsin izləməli olduğu  5 film

Hər kəsin izləməli olduğu 5 film

4 mart 2025 , 15:02
2024-cü ilin  ən yüksək qonorar   alan aktyorları - SİYAHI

2024-cü ilin ən yüksək qonorar alan aktyorları - SİYAHI

3 mart 2025 , 19:15
Kefinizi açacaq 10 film

Kefinizi açacaq 10 film

3 mart 2025 , 17:56
Möylə Mirzəliyev

Tanınmış aktyor iflic oldu: Qızı həkimləri ittiham etdi

3 mart 2025 , 16:37
 Motsartın üzü   3D texnologiyaları ilə bərpa edilib

Motsartın üzü 3D texnologiyaları ilə bərpa edilib

3 mart 2025 , 15:41
"Oskar" mükafatının qalibləri məlum oldu  - SİYAHI

"Oskar" mükafatının qalibləri məlum oldu - SİYAHI

3 mart 2025 , 07:43
Niyazi Mehdi

Niyazi Mehdi dəfn edildi - YENİLƏNİB

28 fevral 2025 , 14:51
Mirmövsüm Ağa başımı sığalladı, dilim açıldı - Aydın Kazımzadə

Mirmövsüm Ağa başımı sığalladı, dilim açıldı - Aydın Kazımzadə

28 fevral 2025 , 11:24